Filters
Select location
Sort by
Turn off dark mode
Turn on dark mode
Language: English
About us

Restaurant, Cafe

Nani Georgian House

Get Directions

4574 people have been here

address

Nobel pr. 15, Megafun, 2-ci mərtəbə Baku, Azerbaijan

phone

Call Now +994508810000

hours

Open Now
12:00 - 00:00

price rate

$$$$

specialties

Lunch, Dinner, Drinks, Coffee

services

  • Delivery
  • Good For Groups
  • Good For Kids
  • Takes Reservations
  • Take Out

payment options

parking

Parking Lot parking

public transit

Nobel pr-ti 15, Megafun 2-ci mərtəbə

about

Restaurant

story

Gürcüstanda necədir: sən heç kimə vurulmamısansa, demək yeməyə vurulmusan – bu iki meyl həmişə birincilik üçün mübarizə aparır. Və yeməyin uduzduğunu deyə bilmərik.
Gürcü qonaqpərvərliyi epik həddə çatır, əliaçıqlıq və alicənablıq ab-havası heç harada süfrə arxasındakı kimi özünü büruzə vermir. “Qonaq - Allah qonağıdır” – deyilir gürcü atalar sözündə. Qonağa qarşı sevgi və hədsiz hörmət nəsildən nəslə keçib. Qonaq üçün ən yaxşısını da əsirgəməzlər.
Restoran mətbəxinin əsas özəlliyi ət yeməklərin seçimində məhdudiyyətlərin olmamasından ibarətdir. Bizdə ət bişirməyi xoşlayırlar və bacarırlar. Burada hər şey qurmanlara görə nəzərə alınıb. Bu xüsusi restorandır, burada tək gürcü yeməklərini deyil, həm də gürcüsayağı bəzədilmiş ənənəvi Avropa yeməklərini də dada bilərsiniz.
Restoranın şərab çeşidi isə qonağı yaxşı şərabsız qoymaz. Bundan başqa, burada həm milli içkilərin: gürcü çaçası - əlli dərəcəli araq, saxlanılmış konyaklar, həm də klassik alkoqolun dadına baxa bilərsiniz. Burada Sizə gürcü mənbəyindən çıxarılan mineral su – Borjomi və hətta gürcü limonadını təklif edəcəklər.
Bunların hamısı ən qədim milli mətbəxlərdən biri olan mətbəxin müstəsna təbiiliyini və aldadıcı sadəliyini vurğulayır.
Siz burada dostlarınızla birlikdə unudulmaz axşamlar keçirə bilərsiniz, bundan başqa, Sizin üçün əhəmiyyətli olan toy, yubiley və ya korporativ tədbirləri qeyd edə bilərsiniz.
Yüngül tematik əlamətli rahat zal 50 nəfərədək qonaq qəbul edə bilər.
Yüksək hazırlıqlı və nəzakətli işçi heyəti canlı musiqi olan restoranda vaxt keçirməyinizin rahat olması üçün hər şey edəcək. Gülərüz ofisiantlar yubanmadan sifarişinizi çatdıracaqlar və səliqəli şəkildə masanı hazırlayacaqlar.

Home
Turn off dark mode
Turn on dark mode
Language: English
About us